"Tesla"nın bazar qiyməti 1 trilyon dolları ötüb

26 Oktyabr 2021 07:15

İlon Maskın banisi olduğu "Tesla" şirkətinin bazar qiyməti Nyu-York fond birjasında 1 trilyon dolları keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Tesla"nın səhmlərinin qiyməti ötən gün "Hertz Global Holdings Inc" tərəfindən 100 min elektrikli avtomobilin sifariş edilməsi fonunda yüksəlib.

Bildirilir ki, səhmlərin qiyməti 9 faiz artıb, bu da şirkətin bazar qiymətinin 1 trilyon dolları keçməsinə səbəb olub.

Milli.Az