Lənkəranda uşaq iynə vurulandan sonra öldü

25 Oktyabr 2021 23:21

Lənkəran rayonunun Vilvan kəndində 2012-ci il təvəllüdlü Hüseyn Kazımov inyeksiya olunduqdan sonra halı pisləşib və şok vəziyyətinə düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq H.Kazımov həyatını itirib. Mərhumun meyiti müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Bədbəxt hadisənin hansı səbəbdən baş verdiyi ekspertizanın rəyindən sonra dəqiq bilinəcək.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az