Sabirabadda avtomobil piyadanı vurub

25 Oktyabr 2021 22:15

"BMW" markalı avtomobil Sabirabad rayonunun Cəngən kənd sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Mübariz Əsədalı oğlunu vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, ağır vəziyyətdə olan piyada əvvəlcə Şirvan xəstəxanasına, daha sonra paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az