Zaur da Xəzər TV-yə “yox” deyib

25 Oktyabr 2021 20:24

Xəzər Televiziyası ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyevi transfer etmək istəyib.  

Milli.Az olay-a istinadən xəbər verir ki, kanal rəhbərliyi yeni sezonda Afaq Gəncəli ilə yanaşı Z. Baxşəliyevlə də danışıqlar aparıb.

Onlar qonşu kanalın simasını öz efirlərində görmək istədiklərini bildiriblər.

Lakin Zaur irəli sürülən təklifi geri çevirib və ATV kanalında qalacağını qeyd edib.

Qeyd edək ki, ATV-nin aparıcıları Afaq Gəncəli və Aytən Səfərova yeni mövsümdə "Xəzər"in simaları olublar.

Milli.Az