Azərbaycan çempionatının oyunu buna görə təxirə salındı?

26 Oktyabr 2021 04:15

"Araz Naxçıvan"ın EKOL-a qarşı keçirməli olduğu futzal üzrə Yüksək Liqanın V tur matçı qeyri-müəyyən vaxta təxirə salınıb.

Milli.Az sportinfo.az-a istinadən bildirir ki, buna səbəb ölkə çempionunun həmin ərəfədə UEFA Çempionlar Liqasının final mərhələsində mübarizəyə başlamasıdır.

​Azərbaycan təmsilçisi oktyabrın 28-də həlledici raundda ilk görüşünü keçirəcək.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Ukraynada "Uraqan İvano - Frankivsk" klubu ilə qarşılaşacaq. Oktyabrın 28-də oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az