Jirinovskidən AMİP rəhbərliyinə dəvət var
4 May 2010 10:10
Bu barədə AMİP-in mətbuat və informasiya mərkəzindən Milli.Az-a bildirilib.
Məlumata görə, Jirinovski mayın 20-də Moskvada "Dünyada maliyyə böhranı və qloballaşma şəraitində partiyaların rolu" mövzusunda keçiriləcək Dördüncü Dünya Vətənpərvər Partiyaların Konqresinə AMİP rəhbərliyini də dəvət edib.
30-dan çox dövlətin aparıcı siyasi təşkilatlarının iştirak edəcəyi və iki gün davam edəcək Konqresdə əsasən maliyyə böhranının və qloballaşmanın dünyada baş verən siyasi-iqtisadi proseslərə təsiri, mövcud durumdan çıxış yolları müzakirə ediləcək.
Milli.Az