Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb

24 Oktyabr 2021 23:51

Fransa prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı - Lantern malikanəsi üzərində səmada iki naməlum PUA görünüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerli vaxtla saat 22:00-dan sonra baş verib.

Pilotsuz uçuş aparatları qonşu Şene şəhəri istiqamətində itib. Jandarmeriya təyyarənin sahibini müəyyən edə bilməyib.

Milli.Az