Gürcüstan-Ermənistan sərhədində zəlzələ olub

24 Oktyabr 2021 23:08

Gürcüstan-Ermənistan sərhədində 4,4 maqnitudalı zəlzələ baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 21:04-də qeydə alınıb. Zəlzələ Tbilisidə də hiss olunub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Milli.Az