Britaniyada son sutkada koronavirusdan 72 nəfər həyatını itirib

24 Oktyabr 2021 23:07

Böyük Britaniyada son sutka ərzində 39 962 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 8 773 674 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 72 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 139 533 nəfərə çatıb.

Milli.Az