Bakı metrosunda koronavirus xəstəsi saxlandı - FOTO

24 Oktyabr 2021 20:21

"Avtovağzal" metrostansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

Milli.Az