“Qələbədə pay sahibi olduğum üçün çox şadam” - Mirabdulla Abbasov

25 Oktyabr 2021 01:45

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov klubun rəsmi saytına açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunda "Zirə"nin qapısından qələbə (2:1) topunu keçirməklə bu mövsüm ilk qolunu vuran futbolçu sevincini gizlətməyib:

"Qol vurub, komandamızın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Çox ağır oyun alındı. Həm bizim, həm də rəqibin qol epizodları oldu. Sevinirəm ki, sonda vacib 3 xalı "Neftçi" qazandı".

"Necə düşünürsən, bu qoldan sonra start heyətində tez-tez yer ala biləcəksənmi?" sualına Abbasovun cavabı belə olub: "Ümid edirəm ki, daha çox oynamaq şansı qazanacağam. Bunun üçün özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Amma bu, məşqçinin qərarıdır və mən onun seçiminə hörmətlə yanaşıram".

Milli.Az