Benzemadan MLS-ə “yaşıl işıq”

25 Oktyabr 2021 01:15

"Real"ın hücumçusu Kərim Benzema ABŞ-a köçə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Fransa millisinin üzvü bununla bağlı yayılan xəbərləri təkzib etməyib.

34 yaşlı forvard MLS-in onun üçün maraqlı gəldiyini etiraf edib: "Amerikanı sevirəm. Orada futbol inkişaf edir. Gələcəkdə bəlkə mən də orada oynadım. Amma hazırda "Real"la müqaviləm davam edir".

Qeyd edək ki, "Real" rəhbərliyi də 2023-cü ilin yayına qədər müqaviləsi olan Benzemaya yeni 2 illik saziş təklif etmək istəyir.

Milli.Az