Qoz xərçəngin bu növündən qoruyur

25 Oktyabr 2021 02:31

Düz bağırsaq xərçəngi bütün dünyada ən yayılmış xərçəng növlərindən biridir.

Amerika alimləri son araşdırmada sübut ediblər ki, qozun istehlakı düz bağırsaq xərçənginin riskini 2 dəfə azaldır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikirinə görə, qoz bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqların daha yaxşı təmizlənməsinə kömək edir, qəbizliyi aradan qaldırır ki, bütün bunlar xərçəngin inkişafının qarşısını alır.  

Həmçinin qozun tərkibində olan yağlı turşular və E vitamini də qozun şişəleyhinə təsirini gücləndirir.

Bundan əvvəl Hollandiya alimləri də qozun orqanizmə olan təsirini araşdırıblar. Onlar sübut ediblər ki, qozun gündəlik qəbulu ani ölümünün riskini azaldır. Tədqiqatçılar hər gün 15 qr qoz yeməyi tövsiyə edirlər.

Milli.Az