Müharibə, ata və oğul... - İlin FOTOsu

24 Oktyabr 2021 18:44

Dünyanın ən nüfuzlu foto festivallarından biri olan "Siena International Photo Awards"ın nəticələri açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, türkiyəli fotoqraf Mehmet Aslanın Suriyada çəkdiyi şəkil "İlin fotosu" adına layiq görülüb.

"Bu mükafat mənim üçün qürur qaynağı oldu", - fotoqraf duyğularını dilə gətirib.

Fotoda Suriyada müharibənin dəhşətləri əyani formada ata və oğulun simasında öz təcəsümünü tapıb.

Milli.Az