“Azərbaycanla münasibətlər qarşılıqlı hörmət əsasında davam edəcək” - İranın XİN rəhbəri

24 Oktyabr 2021 14:35

İran İslam Respublikası ilə Azərbaycan Respublikası müştərək dəyərlərə malik olan iki qonşu və müsəlman ölkələrdir.

Milli.Az-ın məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian şəxsi "Twitter" hesabında yazıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli telefon danışığını xatırladan H.Ə.Abdullahian qeyd edib ki, iki dövlət və xalq arasındakı münasibətlər qarşılıqlı hörmətə və ehtirama əsaslanaraq davam edəcək.

Milli.Az