Salma Hayek meksikalı futbolçuyla danışıbmış

24 Oktyabr 2021 14:42

"Ayaks"ın futbolçusu Edson Alvares ona gələn transfer təklifindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Fransa Liqa-1 təmsilçisi "Renn"dən təklif aldığını bildirib. 23 yaşlı yarımmüdafiəçi bu transfer üçün Hollivud aktrisası Salma Hayekin ona zəng etdiyini deyib. Meksikalı oyunçu Hayekin onu Fransa təmsilçisinə keçidinə razı salmağa çalışdığını söyləyib: "Bu, məni təəccübləndi və sevindirdi. Amma "Ayaks"da karyeramı davam etdirmək istəyirdim və bunu ona açıqladım" - deyə oyunçu təklifi rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, "Renn"in sahibi Frankois-Henri Pinault Salma Hayekin həyat yoldaşıdır.

Milli.Az