Billi Ayliş ətir brendini yaratdı - FOTO

24 Oktyabr 2021 13:50

Amerikalı müğənni Billi Ayliş öz ətir brendini yaradıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi İnstaqram hesabında məlumat verib:

"Nəhayət ki, "Eilish" adlı ətirimi sizinlə bölüşdüm, çox şadam. İllərdir bu ətirin arxasınca qaçırdım. Bu, dünyada ən sevdiyim qoxudur. Onu yaratmaq və ideyalarımı həyata keçirmək arzusundaydım. Bu, indiyə qədər gördüyüm ən maraqlı işlərdən biridir".

Qeyd edək ki, parfüm gələn ay satışa çıxacaq.

Milli.Az