Cəlalabadda terror - ölənlər var

24 Oktyabr 2021 13:30

Əfqanıstanın Cəlalabad şəhərində terror aktı törədilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin mərkəzində törədilən terror aktında 1-i uşaq olmaqla, "Taliban" hərəkatının 3 üzvü həlak olub.

Məlumata görə, bomba şəhərin mərkəzi küçələrinin birində yerə basdırılıb və uzaqdan idarəetmə ilə partladılıb.

Milli.Az