Həkimdən dəhşət dolu etiraf: 100-dən çox xəstəni bu üsulla öldürüb

24 Oktyabr 2021 13:08

Niderlandın Brabant bölgəsində yaşayan psixoloq Uim van Dijk "Volkskrant" qəzetinə verdiyi müsahibədə xəstələrinə istifadə etdikdən qısa müddət sonra insanları öldürdüyü bildirilən "X" adlı dərmanı verdiyini etiraf edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, psixoloq söylədiklərinin nəticələrinin fərqində olduğunu, amma əhəmiyyət vermədiyini vurğulayıb.

Xəbərdə "intihar tozu" və "ölümcül toz" adlandırılan dərmanın Niderland Ədliyyə Nazirliyi tərəfindən satışına və yayılmasına qadağa qoyulmasına baxmayaraq, qanunsuz olaraq əldə edilə biləcəyi qeyd edilib.

Ölkə mətbuatı müsahibədən sonra Eyndhoven polisi tərəfindən saxlanılan və sorğu-suala tutulan 78 yaşlı psixoloq barəsində "intihara kömək etmək" və "dərman qanunlarını pozmaq" ittihamı ilə istintaq başladıldığını yazıb.

Milli.Az