"Həyat yoldaşım ilə bu məkanda tanış olmuşam" - "Bozbaş Pictures"in "ağsaqqal"ı

25 Oktyabr 2021 02:02

"Bozbaş Pictures"dakı "Ağsaqqal" obrazı ilə məşhurlaşan Azər Baxşəliyev həyat yoldaşı ilə kamera qarşısına keçib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Nigar Seyid Baxşəliyeva ilə səmimi şəkillər çəkdirib. Nigar bu fotoları sosial media hesabında paylaşıb və bu şərhi verib:

""İlk sevgim-həyat yoldaşım ilə bu məkanda tanış olmuşam. O gündən bura mənim üçün özəldir".

Qeyd edək ki, N.Baxşəliyeva memardır.

Milli.Az