Məşhur reper 65 min arı ilə bir arada - FOTO

24 Oktyabr 2021 12:16

Məşhur amerikalı reper Biq Şon yeni klipi üçün kamera qarşısına keçib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının çəkiliş zamanı 65 min arıdan istifadə etməsi maraq doğurub. Çəkilişlərdən olan fotoları instaqram hesabında paylaşan Biq, bunun hər hansı fotoşop olmadığını, gerçək arılardan istifadə edildiyini diqqətə çatdırıb.

"Mahnıda 100 olduğunu söyləyirəm, amma əslində üzərimdə 65 min arı vardı. Fotoşopdan da istifadə etmədik. 65 min, arı pətəyini sevgilərlə... Bunun hər hansı effektlə edildiyini düşünməyinizi istəmirəm" - deyə, o, qeyd edib.

Milli.Az