Oğrudan gözlənilməz addım - Ev sahibi qayıdanda gördü ki...

24 Oktyabr 2021 11:20

Hindistanda oğru qəribə addımı ilə diqqət çəkib.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, evə daxil olan soyğunçu zinət əşyaları və kiçik miqdarda pul oğurlayıb. Evdəki pul oğrunu qane etmədiyi üçün o mənzil sahibinə məktub yazıb: " Evdə pul yoxdursa qapını bağlamağa ehtiyac yoxdur"

Evə gələn sakin, həm soyğunçunun bu addımına həm də ələ keçirilən zinət əşyalarına görə olduqca qəzəblənib. Polis hadisə barədə araşdırmalara başlayıb.

Milli.Az