Rusiyada avtobus yük avtomobiliylə toqquşdu, ölənlər və yaralananlar var

24 Oktyabr 2021 11:12

Rusiyanın Kalmıkiya Respublikasında ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Р-216 Astraxan-Elista-Stavropol maqistarlının 246-cı kilometrində sərnişin avtobusunun "KamAZ"la toqquşması nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Yaralananlardan birinin vəziyyəti kritikdi.

Hadisə ilə bağlı artıq cinayət işi açılıb, araşdırmalar davam edir.

Milli.Az