Merkel: “2001-ci ildən Putinlə aramızda ciddi fikir ayrılıqları var”

24 Oktyabr 2021 11:00

Almaniya kansleri Angela Merkel 2001-ci ildən bu yana Rusiya lideri Vladimir Putinlə aralarında ciddi fikir ayrılıqlarının olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o deyib:

"Mənə aydın idi ki, bizim aramızda ciddi fikir ayrılıqları mövcuddur. Rusiya Prezidenti üçün Sovet İttifaqının çöküşü faciəvi hadisə idi. Biz isə əksinə Soyuq müharibənin bitməsindən sevinc hiss edirdik".

Milli.Az