Məşhur atlet ticarət mərkəzinin qarşısında öldürüldü

24 Oktyabr 2021 09:15

Ekvadorun ən məşhur idmançılarından sayılan atlet Aleks Quyinonez silahlı hücum zamanı öldürülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, idmançı Quyaquil şəhərindəki ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxslər tərəfindən güllələnib. Hücum zamanı həmçinin idmançının yanında olan şəxs də yaralanıb.

Faktla bağlı araşdırma başladılıb.

Milli.Az