Avtomobil yarışları zamanı 2 uşaq öldü, 8 nəfər yaralandı

24 Oktyabr 2021 09:03

ABŞ-ın Texas ştatında Kervill şəhərində düz xətt üzrə "Drag racing" avtomobil yarışı faciə ilə sona çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Şəhər hava limanının uçuş-enmə zolağında keçirilən tədbir zamanı rəqiblərdən birinin avtomobili idarəetməni itirərək yaxınlıqda dayanmış tamaşaçıların avtomobillərinə çırpılıb.

Qəza nəticəsində 6 yaşlı uşaq yerindəcə ölüb, 8 yaşlı uşaq isə Kervilldəki "Peterson" Regional Tibb Mərkəzinə aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Daha 8 nəfərin yaralandığı bildirilib. Yaralılardan iki kişi və iki qadının xəsarətləri ağır olduğundan təyyarə ilə yerli xəstəxanalara çatdırılıb.

Polis hadisənin səbəblərini araşdırır.

Milli.Az