Ərdoğan 10 ölkənin səfirini Türkiyədən qovdu - SİYAHI

23 Oktyabr 2021 20:37

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 Avropa ölkəsinin və ABŞ səfirinin Türkiyədən çıxarılması əmrini verib.

Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinə insan haqları müdafiəçisi Osman Kavalanı azad etməyə çağıran 10 ölkənin, o cümlədən ABŞ-ın səfirlərini persona non-qrata elan etməyi tapşırıb.
Həmin səfirlər bunlardır: ABŞ, Fransa, Almaniya, Kanada, Finlandiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç səfirləri.

Qeyd edək ki, söhbət Türkiyədə 2013-cü ildə baş verən Gəzi Parkı hadisələrinə görə və 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs olunan iş adamı Osman Kavaladan gedir.

Həmin səfirlər bunlardır: ABŞ, Fransa, Almaniya, Kanada, Finlandiya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç və İsveç səfirləri.

Milli.Az