Elə günlər var onlar unudulub gedir, elələri də var ki, heç vaxt unudulmur, yaddan çıxmır. Elə haqqında söz açacağımız qəhrəmanımız bu dünyanın həyatına ən gözəl şəkildə əlvida deyən şəhid Elşad Əliyev kimi
Milli.Az RealTV-yə istinadən xəbər verir ki, Elşad Mehman oğlu Əliyev 1992 ci il iyunun 4 də Ağdaş rayonunun Tofiqi kəndində doğulub. Şəhdimizi 2011 ci ildə elə doğulduğu kəndin Nüsrət Maqsudov adına orta məktəbini bitirib.
2012 ci ildə həqiqi xidmətə yollanan Elşad keçdiyi bu müddət ərzində bir çox Fəxri fərmanlarla təltif olunub. Nümunəvi bir əsgər kimi xidmətini başa vuran şəhidimiz 2020 ci il sentyabrın 27 də İkinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılan Elşad burda tankçı kimi iştirak edir.
O Füzuli istiqamətində gedən döyüşlərdə ön cəbhədə vuruşaraq, düşmənin bir çox texnikasını və canlı qüvvəsini məhv etməyə nail olur. Lakin o, oktyabrın 16 da Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq, qəhrəmancasına şəhid olur.
İndi Elşadın şəhadətə qovuşmasından bir il ötdü.. Bu məqsədlə şəhidimizin ailə üzvləri,yaxınları, döyüş yoldaşları onun xatirəsini yad etmək məqsədilə məzarını ziyarət edib,ruhuna dualar oxudular. Məkanın cənnət ruhun şad olsun şəhidim..
Milli.Az