Direktor koronavirusa yoluxdu, məktəb bağlandı

23 Oktyabr 2021 10:22

Xırdalan şəhər 7 nömrəli tam orta məktəb müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma səbəbindən distant təhsilə keçib. 

Bu barədə Milli.Az-a Abşeron Rayon Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, məktəbdə 15 müəllimdə və 16 şagirddə virus aşkarlanıb. Bu səbəbdən məktəbdə dərslər oktyabrın 19-dan etibarən iki həftəlik distant formada davam etdiriləcək. 

İdarədən, həmçinin bildirilib ki, bu, Abşeronda bütün məktəb üzrə distant təhsilə keçən ilk təhsil müəssisəsidir. Bundan əvvəl bəzi məktəblərdə koronavirusa yoluxma aşkarlandığından həmin siniflər distant təhsilə keçiriliblər.

Milli.Az