Haker qrupu beynəlxalq əməliyyatla zərərsizləşdirildi

23 Oktyabr 2021 11:54

"REvil" haker qrupu öz fəaliyyətini dayandırmağa məcbur edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın məxfi xidmət orqanının kibercinayətlərin araşdırılması üzrə müşaviri Tom Kellerman danışıb.

Onun sözlərinə görə, haker qrupuna qarşı FTB, ABŞ kəşfiyyatı və "ABŞ-la həmfikir dövlətlərin" mütəxəssisləri tərəfindən beynəlxalq miqyasda xüsusi əməliyyatlar keçirilib.

Nəticədə "Revil Happy Blog" - haker qrupunun əməlləri barədə informasiyaları paylaşdığı "rəsmi" portal fəaliyyətini dayandırıb. Bundan əlavə "darknet"dəki forumlardan birində qruplaşmanın liderlərindən biri olan "0_neday" hakerlərin serverlərinin qırıldığını və "oyunu tərk etdiyini" bildirib.

Milli.Az