Sevda Ələkbərzadənin solo konserti olacaq
4 May 2010 10:01
Müğənninin Milli.Az xəbər portalına verdiyi məlumata görə, konsert may ayının 13-ü "HEZZ Club & Restaurant"da baş tutacaq. Müğənni konsertdə sevilən hitləri ilə yanaşı, yeni mahnılarını da ifa edəcək.
Qeyd edək ki, Sevda Ələkbərzadə bu yaxınlarda repçi Elşad Xose ilə "Bir sevgim var" adlı duet ifa edib. Gənc bəstəkar və müğənni Muxtara aid olan mahnının sözlərini Elşad Xose yazıb.
Günay
Milli.Az