Bakıda idman zalında faciə: idmançı məşq zamanı öldü - FOTO

22 Oktyabr 2021 17:59

Bakıda fitnes məşqçisi vəfat edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.
Onun ölüm səbəbi hələlik məlum deyil.

Milli.Az