Günay İbrahimli sevgilisindən yazdı

22 Oktyabr 2021 20:24

Müğənni Günay İbrahimli  şəxsi həyatı ilə bağlı açıqlama verib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, müğənni instaqramda izləyicilərinin suallarını cavablandırarkən eşq yaşadığı şəxs barədə danışıb. 

O, "Hansı mahnınızı oxuyanda o yadınıza düşür?" sualına "Yanımdadır da. Niyə yadıma düşsün?",- cavabını verib.

İbrahimli həmçinin noyabrda açacağı geyim mağazası haqda da danışıb. Günay münasib qiymətlərə paltarların da satılacağını bildirib.

Milli.Az