Bakıda "Musiqili Proyektor" multimedia şousu təqdim olunacaq - VİDEO

22 Oktyabr 2021 17:20

Azərbaycanda ilk dəfə! 13-14 noyabr, saat 20:00- da, "ART-EAST MEDİA GROUP" şirkətinin təşkilatçılığı ilə "Musiqili Proyektor" multimedia şousuna dəvətlisiniz!

Layihə "Azərbaycanfilm" kinostudiyasının, CinemaPlus kinoteatrlar şəbəkəsinin, Gənclər Fondunun dəstəyi ilə Bakının mərkəzindəki müasir tamaşa salonlarından birində - DTX-nın Mədəniyyət Mərkəzində keçiriləcək. "AVANQARD" Kamera orkestrinin ifasında ən sevdiyiniz kinofilmlərin saundtrekləri yeni oranjemanla ilk dəfə olaraq təqdim ediləcək. Məşhur filmlərin unudulmaz musiqisi parlaq rəqs nömrələri, xoreoqrafik kompozisiyalar və cizgi filmlərindən tanış fraqmentlərlə canlanacaq.

Biletləri İtıcket.az saytından və şəhərimizin kassalarından əldə edə bilərsiz.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az