Türkiyə kəşfiyyatçıları PKK liderini zərərsizləşdirib

22 Oktyabr 2021 18:48

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Kərkük şəhəri yaxınlığında xüsusi əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının liderlərindən biri hesab olunan Taybet Bilen və daha 2 terrorçu zərərsizləşdirilib.

MİT-in əməliyyatı Türkiyə-İraq sərhədindən 170 kilometr məsafədə həyata keçirilib.

Təşkilat PKK-nın rəhbər şəxslərinə qarşı əməliyyatları davam etdirdiyini bildirib.

Milli.Az