“Hər zaman yanımda ol” - Sevgilisindən Hadisəyə

22 Oktyabr 2021 19:36

Türkiyəli müğənni Hadise bu gün 36 yaşını qeyd edir.

Milli.Az olay-a istinadən xəbər verir ki, bir neçə aydır eşq yaşadığı iş adamı Mehmet Dinçerler ilk dəfə onunla fotolarını paylaşıb.

Biznesmen sevgilisi ilə olan səmimi kadrlara "Sən qadın - hər zaman yanımda ol. Doğum günün mübarək" şərhini yazıb. Hadise isə ona "Mənim oğlanım" rəyi ilə qarşılıq verib.

Qeyd edək ki, M.Dinçerler dünyaca məşhur "Gloria Jeans" restoranlar şəbəkəsinin sahibidir.

Milli.Az