Mustafa Sandal keçmiş xanımına onun haqqında danışmağı qadağan etdi

22 Oktyabr 2021 21:00

Müğənni Mustafa Sandal keçmiş həyat yoldaşı Emina Yahoviçə qadağa qoyub.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi Eminanın onun haqda danışmasını və bu açıqlamaların mətbuatda yer almasını hüquq müstəvisində əngəlləyib. 

Qeyd edək ki, 2 övladı olan M. Sandal və E. Yahoviçin qəyyumluq məhkəməsi davam edir. Emina keçmiş həyat yoldaşını aliment ödəmədiyini iddia edərək məhkəməyə verib.

O, Sandalın bütün mülklərini anasının adına keçirtdiyini söyləyib.

Milli.Az