Paparassilərə pul verib, xəbərləri yoxmuş kimi davrandılar - VİDEO

22 Oktyabr 2021 20:12

Aktyor İnan Ulaş Torun yeni sevgilisi Hazal Bilginerlə İstanbulun Nişantaşı səmtində səmimi şəkildə görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, obyektivlərə tuş gələn cütlüyün paparatsilərə öncədən orada olacaqları ilə bağlı məlumat ötürmələri diqqətdən yayınmayıb.

İzləyiciləri kameraları görən kimi həyəcanlanmış kimi özünü göstərməyə çalışan cütlüyün hərəkətlərini sosial mediada gülüş hədəfinə çevirib. İnanla Hazalın "Aktyorluq bacarığı gözlərimi yaşartdı", "Maqazinə pul verib, özlərini xəbər ediblər", "Kamera bax biz qucaqlaşacağıq, çək deyirmiş kimi" şərhlər yazılıb.

Qeyd edək ki, İnan 2019-cu ildə həyat yoldaşı Alqı Ekedən ayrılıb.

Milli.Az