27 qadını zorlayan şəxs cəmi 4 cinayət üzrə cavab verəcək - FOTO

23 Oktyabr 2021 01:33

Rusiyanın Tulun şəhərindən manyak 27 qadını zorlamaqda ittiham olunsa da, onlardan cəmisi dördü üzrə cavab verməli olacaq.

Milli.Az kp-yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları onu ələ keçirmək üçün maraqlı fənd işlədiblər. "Ötən gün həyətinizdə avtomobilin necə oğurlandığını görmüsünüz?" deyə polislər Tulun sakini 50 yaşlı Pavel Ş. qapısını döyüb, ondan şahid qismində ifadə verməsini istəyiblər.

Kişi sualları sakitcə cavablandırıb və söhbətin sonunda tünd qələmlə protokolu imzalayıb. Polis dərhal həmin qələmi müayinə üçün laboratoriyaya aparıb. Bəlli olub ki, bu şəxs 27 il cəzasız qalan qadınları zorlayan manyakdır. Bəlli olub ki, manyak yaşından asılı olmayaraq qarşısına çıxanı zorlayırmış. İki uşaq atası olan şəxs hərdən qadınları zorladıqdan sonra onları qarət də edirmiş. İndi "ələkeçməz buldozerçi" barədə 24 il həbs qərarı çıxarılıb.

27 qadını zorlasa da, yalnız dördü üzrə cavab verməli olacaq. Çünki onların vaxtı keçib.

Anar Əli
Milli.Az