KOBİA Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır

22 Oktyabr 2021 14:20

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanın bölgələrində qrant proqramları reallaşdırır və ölkədə alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır.

Milli.Az bildirir ki, bunu bu gün KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı (COP-26) konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.

Onun sözlərinə görə, Agentlik 2030-cu ilədək milli prioritetlər çərçivəsində Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır:

"Biz "yaşıl" enerji, tullantıların təkrar emalı və digər fəaliyyət növləri ilə məşğul olan yerli şirkətləri dəstəkləyirik".

Milli.Az