Günahdan uzaq olmağa kömək edən təsirli yollar

26 Oktyabr 2021 21:55

İslam maarifində insan caizul-xəta deyil, mümkünül-xəta hesab edilir. Yəni, insanın günah etməyə icazəsi yoxdur. Lakin əgər onu edərsə, tövbə qapısı üzünə açıqdır.

a) Günahdan uzaq olmağın ən təsirli yollarından biri - insanın özünü tanımasıdır. Yəni, insan özünü tanıyaraq, öz ruhi və etiqadi xəstəliklərini bilərək, İlahi yardımın köməyi ilə özünü müalicə edə bilər. Şeytanın (lən) aldatmalarının qarşısını ala bilər. Ona görə də şeytanla mübarizə etməyin ilk addımı - insanın özünü tanıması və şeytanın nüfuz etdiyi yolları öyrənməsidir.

Günahdan uzaq olmağın iki əsl yolu vardır.

1. Şeytanı (lən) öz həqiqi düşmənin qərar vermək, onun hücum etdiyi yerləri bilmək və onunla mübarizə aparmaq üçün lazım olan vasitələrlə təchiz olunmaq.

2. Bizim əsl səyimiz bu olmalıdır ki, günah olan şəraitdə qərar tutmayaq. Əgər cahillik üzündən günaha düçar olsaq, tövbə edək.

Bunu yaddan çıxartmayaq ki, batinimizdə həm xof, qorxu olmalıdır, həm də ümid. İmam Baqir (ə) buyurur: "Elə bir mömin yoxdur ki, ona iki nur, nur saçmasın: keçmişdə etdiklərinə və gələcəkdə edəcəklərinə görə qorxu nuru, İlahi fəzl və rəhmətə görə ümid nuru. Əgər birini o birisi ilə müqayisə etmək istəsələr, heç biri artıq olmaz".

Ona görə də həqiqi mömin o kəsdir ki, həm əməllərinə görə Allahdan qorxar və həm də rəhmətinə ümid bəsləyər. Hər iki nur gərək eyni səviyyədə və ölçüdə olsun. Çünki əgər qorxu çox olarsa, insan məyus olar. Əgər ümid çox olarsa, insan günah etmək üçün cürət əldə edər. Amma əgər bərabər olarsa, insan günah etməkdən çəkinər. Tövbə etməyə təşviq olar.

b) İnsanı günahdan saxlaya bilən başqa bir yol - dünyanı Allahın yaratdığı kimi görmək. Yəni bu dünya Allahın yaratdığı bir yerdir və burada günah etmək Allah qarşısında günah etməkdir. Əgər insan bu həqiqəti dərk etsə, günahdan çəkinə bilər. İnsan əgər başa düşsə ki, hər bir əməlini izləyən bir kamera vardır və bu kamera hamıdan gizlindədir, əməllərinə diqqət edər və abrının aradan getməsini istəməz.

Qurani-Kərim buyurur ki, məgər bilmirsiniz ki, Allah görür. Əgər biz Allahı və İmam Zamanı (ə.f) əməllərimizə nazir olan kimi qəbul etsək və dərk etsək, öz rəftarımıza diqqət edərik.

c) Günahı tərk etməyin başqa bir yolu - beş hiss orqanımıza nəzarət etməkdir. Yəni, həm yediklərimizə diqqət edək, həm eşitdiklərimizə, hiss etdiklərimizə, gördüklərimizə və danışdıqlarımıza. Əgər haram mal yesək, günah işlətmək bizim üçün asan olar.

Elə ona görə də İmam Hüseyn (ə) yezid (lən) ordusunun düşmən olmasının əsl səbəbini haramxor olmaqlarında görmüşdü. İnsan günahı gözləri ilə, qulaqları ilə qəbul edər. Hiss üzvləri ilə qəbul edər. Ona görə də bu beş hiss orqanlarının kontrol edilməsi çox mühümdür.

Günahla mübarizə üçün bəzi tövsiyələr:

1. Heç bir günahı kiçik hesab etməmək, hətta əgər kiçik olsa belə.

2. Günahı tərk etməklə bağlı güclü əzmə malik olmaq.

3. Allahla əhd bağlamaq ki, günahı tərk edəcəyəm və Ondan yardım istəmək.

4. Nə zaman günah fikiri zehnimizə daxil olsa, onu xaric edək və özümüzü Allahı yada salmaqla məşğul edək.

Qurani-Kərim buyurur: "Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar". ("Əraf" 201).

Milli.Az