Beləsi olmamışdı - Bakı-Şamaxı yolunda təkərsiz maşın sürdü - VİDEO

22 Oktyabr 2021 17:48

Azərbaycanda magistral yolda sürücü avtomobili təkərsiz idarə edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, arxa təkəri çıxan "Tofaş" markalı avtomobilin sürücüsü digər sürücülərə təhlükəli anlar yaşadıb. 

Hadisə anı sürücülər tərəfindən lentə alınıb. 

Lent.az həmin görüntüləri təqdim edir:

Milli.Az