İranda sel daşqınlarında iki nəfər ölüb

22 Oktyabr 2021 18:30

İranın Gilan əyalətində sel daşqınları olub.

Milli.Az APA-ya istinadən bildirir ki, daşqın iki nəfərin həyatına son qoyub.

Gilan əyalətinin bəzi bölgələrində daşqınların həcmi, əyalətin meteorologiya və böhran idarəçiliyinin gözləntilərinin əksinə olaraq, 240 mm-dən çox olub və vurduğu ziyanla yanaşı, iki nəfərin həyatına son qoyub. Hər iki zərərçəkən körpüdən keçərək çaya düşüb.

Sel nəticəsində bəzi evləri su basıb və xilasedicilər əraziyə cəlb olunublar.

Milli.Az