Vətən müharibəsi qəhrəmanı yad edildi - VİDEO

22 Oktyabr 2021 18:24

Şəhid Anar Əliyevin yaxınları və döyüş yoldaşları məzarını ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Milli.Az REAL TV-yə istinadən xəbər verir ki, o 21 oktyabr tarixində Vətən müharibəsinin Xocavənd cəbhəsində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.

Anar Əliyev Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşub.

Anar Əliyev ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında göstərdiyi yüksək peşəkarlıq, qarşıya qoyulan hərbi tapşırıqların dəqiq və vaxtıda icra edilməsinə görə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" medalı, "Vətən uğrunda", "Şuşa Uğrunda", "Füzuli uğrunda" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az