Ağıllı qadınlara seks lazım deyil?
4 May 2010 09:57
Milli.Az xəbər portalı raut.ru saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssislərin son araşdırması qadının intellekti ilə onun seksual həyatı arasında birbaşa əlaqənin olduğunu üzə çıxarıb. Araşdırma yaşı 25-41 arasında olan 998 qadın arasında aparılıb. Alimlər onların intim münasibətlərini, tərəf müqabilini dəyişməyə nə dərəcədə meyilli olmalarını, daimi münasibətə necə yanaşdıqlarını və sairi araşdırıb. Nəticədə məlum olub ki, yalnız orta məktəb attestatına malik olan xanımlar seksin nəzəriyyəsi haqda daha az biliyə malik olur və bu səbəbdən onlarda tərəf müqabilinin "əlcək kimi dəyişdirilməsi" halına daha çox rast gəlinir.
Ali təhsilli və intellektual səviyyəsi yüksək olanlar isə daha çox "müstəqil olmaq" üçün "kavalersizliyə" üstünlük verir və belə xanımlardan yalnız 5,1%-i "seksual asılılıq"dan əziyyət çəkir.
Milli.Az