Ukraynada iki gündür koronavirusa yoluxmada rekord qeydə alınır

22 Oktyabr 2021 18:54

Ukraynada ötən 24 saat ərzində koronavirusa 23 785 nəfər yoluxub və bu xəstəlikdən 614 nəfər ölüb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki göstəricidə pandemiya dövründə ən yüksək rəqəmlər qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların sayı ötən günə nisbətən 6 faiz çoxdur. Həmçinin rekord həddə, yəni 270 minədək vətəndaş peyvənd olunub.

Bütövlükdə pandemiya dövründə Ukraynada 2,7 milyon nəfər yoluxub, bunlardan 63003 nəfər dünyasını dəyişib. İndiyədək 6,8 milyondan çox vətəndaş koronavirusa qarşı iki doza ilə peyvənd olunub.

Milli.Az