Məşhur astroloqlardan QORXUNC PROQNOZLAR: 2022-ci ildə... - VİDEO

22 Oktyabr 2021 13:42

Gələn il ABŞ və Çin də daxil olmaqla bir çox ölkə böyük bir iqtisadi böhran yaşayacaq...

Milli.Az Musavat.com-a istinadən bildirir ki, Fatih Altaylının təqdimatı ilə Habertürk TV-də yayımlanan "Fatih Altaylı ilə Tək-Tək" verilişinin qonağı məşhur astroloqlar Dinçer Güner, Öner Döşer və Hande Kazanaova olub.

2020-ci ilin sonunda koronavirus epidemiyası ilə bağlı açıqlamaları ilə gündəmə gələn Dinçer Güner və Öner Döşer 2022-ci il dünya xəritəsinə baxaraq yeni proqnozlarını açıqlayıblar.

Onların proqnozlarına görə, 2022 -ci il böyük iqtisadi böhran və qıtlıq olacaq.

Vaxtilə koronavirus epidemiyasının dünyaya təsir edəcəyini proqnozlaşdıran astroloqlar, indi də iqtisadiyyatla bağlı qorxulu proqnozlar verir.

İqtisadi böhranın qapıda olduğunu ifadə edən Döşer "Araşdırdığım astroloji xəritələrdən deyə bilərəm ki, dünya 1929-cu ildəki böyük böhrandan betər bir iqtisadi problemə doğru irəliləyir. Bunu 2022-ci ildə daha yaxşı anlayacağıq, amma əsl problem 2023-2024-cü illərdə olacaq", - deyə açıqlama verib.

Astroloqlar sonradan bu problemin həllini tapacağını da deyiblər. Dünyada qida çatışmazlığı da olacaq. Dinçer Güner 2022 -ci ildə dünyanı aclıq gözlədiyini də söyləyib.

"2022 -ci ildə ABŞ və Çin də daxil olmaqla bir çox ölkə böyük bir iqtisadi böhran yaşayacaq. ABŞ-da 2021 -ci ilin noyabr ayından etibarən 6 ay ərzində ABŞ Prezidenti Co Bayden haqqında sirlər açılacaq, sağlamlıq problemləri başlayacaq və çox narahat bir dövr olacaq", - deyə astroloqlar bildirib.

Milli.Az