«Bağdad səddi» tikiləcək
4 May 2010 09:36
RİA "Novosti"nin məlumatına görə, Bağdadın operativ komandanlığının rəhbəri general-mayor Kasım Atta bildirib ki, səddin 2011-ci ilin ortalarınadək tikilib qurtarması planlaşdırılır. Sədd boyunca 8 nəzarət-buraxılış məntəqəsinin yaradılması da nəzərdə tutulub. Nəticədə İraq paytaxtına girmək istəyənlər ancaq bu məntəqələrdən keçməli olacaq.
"Bu, terrorçuların Bağdada girişinin qarşısını almaq üçün nəzərdə tutulur", - deyə general-mayor bildirib.
Milli.Az