FIFA ərəblərə satıldı: Daha bir böyük turnir şeyxlərə verildi

22 Oktyabr 2021 09:48

Sentyabrın əvvəlində Yaponiya, COVID-19 pandemiyası səbəbindən 2021-ci il Dünya Kubokuna ev sahibliyi etməkdən imtina edib.

Milli.Az lent.az-a istinadla bildirir ki, Yaponiyanın ardınca Cənubi Afrika Respublikası da Dünya Klub Çempionatına ev sahibliyi etməkdən imtina edib.
 
Təşkilatın rəsmi saytında verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərindən şeyxlər FİFA-nın köməyinə gəlib və turnirin keçirilməsinə razılıq veriblər.

Yeganə şey turnirin gələn ilin əvvəlinə təxirə salınmasıdır. Dəqiq tarix hələ məlum deyil.

Bu, Ərəbistan yarımadasında ardıcıl olaraq üçüncü Dünya Kuboku yarışı olacaq - əvvəlki iki turnirə Qətər ev sahibliyi edib.

Yeri gəlmişkən, 2022-ci ildə Qətər Dünya Kubokuna ev sahibliyi edəcək.

Klublararası Dünya Çempionatında 7 klub iştirak etməlidir.
 
Hazırda üç iştirakçı məlumdur: "Çelsi" - UEFA Çempionlar liqasının qalibi kimi, Misirin "Əl Əhli" klubu - Afrika Çempionlar liqasnın qalibi və Yeni Zelandiyanın "Oklend Siti" komandası - Okeaniya Futbol Konfederasiyası təqdim edib. Qalan 4 klub hələ müəyyənləşməyib.

Milli.Az