Millimizdən biabırçı məğlubiyyət

23 Oktyabr 2021 19:28

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. 

Yığmamız qrupdakı ikinci matçında italiyalı yaşıdları ilə qarşılaşıb və 0:9 hesabı ilə uduzub.

Azərbaycan millisi ilk oyunda Norveçə 0:7 hesabı ilə məğlub olmuşdu.

23 oktyabr

İtaliya - Azərbaycan - 9:0
Baş hakim: Teresa Alise Pimenta Oliveira (Portuqaliya)

Milli.Az